06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsmayıllıda leysan yağış və sel ciddi fəsadlar törədib

04.08.2020


İsmayıllıda leysan xarakterli yağış rayon ərazisində bir sıra fəsadlar törədib.

Rayondan keçən Qarasu adlanan çayda sel sularının dağlardan gətirdiyi ağac kötükləri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisində su ötürücülərinin qarşısını kəsib. Nəticədə su yığılaraq avtomobil yolunun hərəkət hissəsinə daşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb. Yaranmış vəziyyətlə əlaqədar "9 nömrəli Yol İstismarı” MMC-nin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunaraq, yolun qısa müddətdə açılması və nəqliyyatın hərəkətinin bərpası təmin edilib.

Həmçinin leysan yağışları rayon ərazisindən keçən Ax-ox çayda da daşqına səbəb olub. Nəticədə Xanagah kəndi ərazisində İsmayıllı şəhərinin içməli su təchizatının mənbəyində qurulmuş bəndlərə və yaxınlıqda yerləşən xlorlaşdırıcı qurğuların yerləşdiyi binaya təhlükə yaranıb. İsmayıllı "Sukanal” Sahəsi və Suvarma Sistemləri İdarəsi tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində müvafiq texnikalar əraziyə cəlb edilməklə təhlükə aradan qaldırılıb. Hazırda ərazidə texnikalar vasitəsilə təhlükəsizlik tədbirləri görülür.

Bundan əlavə, İsmayıllı-Lahıc avtomobil yoluna dağdan düşən qaya parçaları "5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi”nin texnikalarının köməyi ilə təmizlənib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.