05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Son bir gündə İranda koronavirusdan ölüm 212 nəfər olub

04.08.2020


Son 24 saat ərzində İranda 2 min 751 nəfər yeni növ koronavirusa yoluxub, 212 nəfər isə vəfat edib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Bununla da İranda yoluxanların ümumi sayı 314 min 786 nəfərə, ölənlərin sayı isə 17 min 617-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 272 min 535 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 min 132 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Xarici İşlər Nazirliyi BBC televiziya kanalında nümayiş olunan reportaja etiraz edib. Qeyd olunub ki, reportajda İran haqqında göstərilən faktlar həqiqəti əks etdirmir. Telekanalın verilişində bildirilib ki, İranda virusa qarşı effektiv mübarizə aparılmır, əsl rəqəmlər gizlədilir. Yoluxanların sayı milyonlarladır, ölənlərin sayı 42 mindən çoxdur.

İran bu verilişin təxribat xarakteri daşıdığını və İranda ictimai-siyasi sabitliyi pozmağa yönələn addım kimi dəyərləndirib.

Hazırda İranın 13 vilayəti qırmızı zonaya daxildir.