05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq

04.08.2020


Birləşmiş Ştatlar yaxın zamanlarda Əfqanıstandakı kontingentinin sayını 4 min hərbçiyə qədər azaltmaq niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp bu barədə Axios portalına müsahibəsində deyib.

"Qısa müddət ərzində Əfqanıstanda yerləşən qoşunlarımızın sayını 8 minə, sonra isə 4 minə qədər azaldacağıq. Hazırda bu istiqamətdə danışıqlar aparırıq”, - deyə ABŞ Prezidenti bildirib.

Donald Tramp jurnalistin bunun nə vaxt baş tutacağı barədə sualına - "Çox yaxında” – cavabını verib və dəqiq vaxt söyləməkdən yayınıb. Əlavə edib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri gününədək (3 noyabr) Əfqanıstanda təxminən 4-5 min hərbçi qalacaq.

Xatırladaq ki, fevralın 29-da ABŞ və "Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. "Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, "Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməlidir.