Prezident İlham Əliyev Yasamalda salınacaq meşə tipli yeni parkda olub  
    
                          
     
                         04.08.2020
 
    
                        
Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.
 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görüləcək işlər barədə məlumat verib.