05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azpetrol” Bakıda yeni YDM istifadəyə verdi

04.08.2020


31 iyul 2020-ci il tarixində "Azpetrol” şirkətinin Bakı şəhərinin Nizami rayonunda sayca 93-cü YDM-i açıldı.

DM xəbər verir ki, yeni YDM "Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə açılmışdır.

Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə "Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib.

YDM-in istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Onu da bildiririk ki, yeni yanacaqdoldurma məntəqəsində 48 nəfər daimi işlə təmin edilib.
Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif korporativ hədiyyələr verilib.
Gələn il həmin YDM-in yanında tikilən "Azpetrol”un "Hotel SPA & Fitness” mərkəzi istifadəyə veriləcək.

Azpetrol – daim inkişafa doğru!