05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər

04.08.2020

Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov Qurban bayramı günlərində şəhid əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun İsmayıllının Balik kəndindəki ata ocağını ziyarət ediblər.
Qənirə Paşayeva şəhid əsgərin ailə üzvləri ilə görüşün onunçün həm duyğuverici, həm də bir mənəvi borc olduğunu deyib.

"Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə hərbi bölmələrimizin qüdrəti, hərbçilərimizin vətənpərvərliyi, qorxmazlığı bizlərə qürur bəxş etdi. Şəhid olan hərbçilərimiz xalqımız tərəfindən unudulmayacaq. Şəhidlərimizin ailələri də bizimçün həmişə əziz olacaq”, - deyə Q.Paşayeva qeyd edib.

Millət vəkilləri şəhid əsgərin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Ordumuzun əsgəri Xəyyam Daşdəmirov düşmənin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədi ilə başlatdığı hücumun ilk günü ağır yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmamışdı.