Saxta əlilliklərlə bağlı açıqlama  
    
                          
     
                         04.08.2020
 
    
                        2020-ci ilin 6 ayı ərzində 2600-ə yaxın saxta əlillik aşkar olunaraq dayandırılıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ümumilikdə əlilliklərin dayandırılması prosesindən Fond ayda 2,4 milyon manat qənaet edib: "Eyni zamanda əlillik təyanatlarına nəzarət gücləndirilib”.