Xəstəliklərin artımı bu il də gözlənilir - Qarayeva 
    
                          
     
                         03.08.2020
 
    
                        Bu gün sərtləşdirilmiş karantin rejimindən yumşalmalara doğru getməyimiz sevindirici haldır.
bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
O qeyd edib ki, payız-qış mövsümündə mövsümü qrip və başqa xəstəliklərin artımı bu il də gözlənilir:
"Bunun nəticələri hazırda geniş müzakirə olunur və hazırlıqlı olmaq istəyirik. Əgər biz qaydalara riayət edəriksə, başqa xəstəliklərdən də bizi qoruyar. Bu, dünya təcrübəsində də özünü göstərir. Xəstəliyə yoluxma sayının azalmasına baxmayaraq, bütün qaydalara ciddi şəkildə riayət etməliyik".