Partiyam qalib gəlməlidir - Saakaşvili 
    
                          
     
                         03.08.2020
 
    
                        					Gürcüstan Vahid Milli Hərəkat Partiyası seçkidə təkbaşına qalib gəlməlidir.
bunu "Mtavari arxi" televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, oktyabrda keçiriləcək seçkidə heç bir partiyanın Vahid Milli Hərəkatla mübarizə aparmaq gücündə olmadığını bildirib:
"Mən fikrim o idi ki, bütün real müxalif qüvvələri birləşdirib, vahid parlament siyahısı hazırlanmalıdır. Onlar bundan imtina etdilər ki, bu da çox pisdir. İndi Vahid Milli Hərəkat onun ümumi siyahı ilə etməsi gərəkdiyini etməlidir. Milli Hərəkat bu seçkidə təkbaşına qalib gəlməlidir və mən əminəm ki, bu, belə də olacaq”.