AB Çinlə qarşıdurmadan qorxmamalıdır - Almaniya  
    
                         .jpg) 
     
                         03.08.2020
 
    
                        Avropa Birliyi bir sıra əsas məsələlərdə Çinlə qarşıdurmadan qorxmamalıdır.
bu sözlər Almaniya Xarici İşlər Nazirliyi yanında Avropa İşləri üzrə dövlət naziri Mixail Rotun "Der Şpigel” jurnalında dərc olunan məqaləsində yer alıb.
O, Çinin Avropa Birliyini dünyada ən böyük ticarət bloku və iqtisadi məkan kimi qəbul etdiyini bildirib.
Onun sözlərinə görə, belə şəraitdə Avropa Birliyi Çinlə insan haqları, təhlükəsizlik və texnologiya məsələlərində mübarizədən çəkinməməlidir.