16 09 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Forbes” şou-biznesin ən zəngin sənətçilərinin siyahısını açıqladı

03.08.2020

ABŞ-ın məşhur "Forbes” jurnalı Rusiya şou-biznesinin ən zəngin simalarının siyahısını hazırlayıb.

REN TV xəbər verir ki, Rusiyanın ən zəngin şou-biznes nümayəndələrinin siyahısına "Leninqrad” qrupunun solisti Sergey Şnurov başçılıq edir.
Onun sərvəti 8,8 milyon dollar həcmində qiymətləndirilir.

İkinci sırada məşhur ifaçı Yeqor Krid qərarlaşıb. 26 yaşlı müğənninin gəliri 6,9 milyon dollar təşkil edir.

İlk üçlüyü 6,8 milyon dollar sərvəti olan müğənni Dima Bilan qapayır.

Siyahıda sonrakı yerləri Basta ləqəbi ilə tanınan repçi və prodüser Vasili Vakulenko (6,6 milyon dollar), Rusiyanın pop kralı Filipp Kirkorov (6,6 milyon dollar), müğənni Polina Qaqarina (6,4 milyon dollar) tuturlar.