28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2 avqust - Azərbaycan Kinosu Günüdür - VİDEO

02.08.2020

2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilir.

Dövran Media bildirir ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını”, "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, "Qafqaz rəqsi” xronikal sənədli və "İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ötən əsrin əvvəllərində "Pate”, "Pirone”, "Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.