05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

5 aylıq fasilədən sonra bilet satışı başlayır - VİDEO

01.08.2020

Mövcud koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlanaraq beynəlxalq uçuşlar ləğv olunmuşdu.

Həmçinin turizm şirkətlərinə biletlərin satışı da dayandırılmışdı. Mart-iyul ayları ərzində uçuşlar ancaq təxliyyə məqsədli həyata keçirilirdi.
Artıq beş aylıq fasilədən sonra bütün turizm şirkətləri bilet satışını pandemiyadan öncəki qaydada, normal formada həyata keçirməyə başlayacaq.

Artıq tərkibində bilet olan turpaketlər də hazırlanır. Azərbaycan Turizm Agentlyi Asossasiyası tərəfindən təklif verilib ki, testin nəticəsi neqativ olan bütün şəxslər xarici ölkələrə səyahət edə bilsinlər.

Türkiyənin Antalya və Bodrum şəhərlərinə də birbaşa uçuşlar bərpa oluna bilər.

Onu da deyək ki, avqustun 1-dən etibarən həm də London və Berlin şəhərlərinə həftədə bir dəfə olmaqla aviareyslərə icazə veriləcək. Bundan başqa, Dubay və Minskə uçuşların bərpası da istisna edilmir.