05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid generalımızın adına PUA hazırlanır

31.07.2020


"TechoROUT” startapının təsisçisi və rəhbəri Tural İsmayılzadə şəhid general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün maraqlı ideya ilə çıxış edib.

T.İsmayılzadə şəhid generalın adına PUA hazırlamağı düşünür.

O, bundan öncəki layihələrinin bir çoxuna şəhidlərin adını verdiyini bildirib:

"Komandamız Azərbaycanda sosial innovasiyaların inkişafı və texnoloji məhsullar üzərində işləyir. Ölkəmizdə bir sıra beynəlxalq layihələrin tətbiqinə, o cümlədən insanların sosial sahədə üzləşdiyi problemlərin həllinə çalışırıq. Ermənilərin Tovuz təxribatı bizi də çox narahat etdi və düşündürdü. Şəhid olan həmvətənlərimizin xatirəsi bizim üçün əzizdir, əbədidir. Öncəki layihələrimizdən bir çoxuna şəhidlərimizin adını vermişik. Tovuz şəhəri mənim doğulduğum, böyüdüyüm əziz məkandır, orada çoxlu xatirələrim var. Bu cür dəyərli və igid oğlumuzun orda şəhid olmasına görə qərar verdik ki, Polad bəyin adını əbədiləşdirək”.