05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göyçayda ev yandı: Sahibi ürək tutmasından öldü

31.07.2020

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

hadisə bu gün saat 11:00 radələrində rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.

Evinin yandığını görən ev sahibi, 79 yaşlı Malikə Qarayeva qorxu və həyəcan keçirdiyi üçün ürək tutması səbəbindən dünyasını dəyişib.

Ailə üzvləri hadisədən gec xəbər tutub. Alov qısa vaxtda evi tam əhatə edib. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.