08 08 2020-cu il Bakı 32 ℃
DM RADİO
Onlİne xəbər
07/08/2020
06/08/2020
05/08/2020

"Sədərək"də təmir başlayıb - Nə vaxt açılacaq?

31.07.2020

Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.
 "Sədərək” ticarət mərkəzində artıq təmir-bərpa işlərinə də başlanılıb. Lakin mağazalar açılsa belə, ticarət mərkəzlərində ümumi karantin rejimi qaydalarına əməl  edilməsinə aidiyyətli qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndir.

"Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlar azalmanın müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər:

"Bildiyiniz kimi, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar iri ticarət mərkəzləri bağlanıb. Lakin son vaxtlar virusa yoluxanların sayında azalmanın müşahidə olunması səbəbindən ticarət mərkəzləri, o cümlədən "Sədərək” ticarət mərkəzi açıla bilər. Hamımızın gözlədiyi bir haldır ki, mağazalar tezliklə açılsın. Çünki burada on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarından asılıdır”.

Xatırladaq ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır. Bu tarixdən hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmayıb.





Təqvim




MEDİA
KİVDF