10 08 2020-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
10/08/2020
09/08/2020
08/08/2020
07/08/2020

Bakıya gələn türk F-16-ları burda qala bilər? - Polkovnik

31.07.2020

F-16 qırıcılarının Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi ilə bağlı təkliflər müxtəlif vaxtlarda səsləndirilib. Bu, bizim maraq dairəmizdədir. Dəyişən şərtləri də nəzərə alsaq, deyə bilərəm ki, yaxın gələcəkdə F-16 qırıcılarını arsenalımızda görə bilərik.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin 10-a yaxın F-16 qırıcısının "TurAz qartalı” təlimində iştirak etməsi haqda danışarkən deyib.

Polkovnik qeyd edib ki, Azərbaycan pilotları il ərzində bir neçə dəfə Türkiya pilotları ilə ortaq təlimlərdə iştirak edir:

"Təlimlər həm Türkiyədə, həm də Azərbaycanda olur. İki ordunun pilotlarının birlikdə təlimlər keçirməsi qarşılıqlı təcrübə mübadiləsi baxımdan çox vacibdir. Onu da qeyd edim ki, Azərbaycan pilotları Türkiyədə təlimlərdə olarkən Türk Hava Qüvvələrinin arsenalında olan təyyarələrdən, türkiyəli pilotlar isə ölkəmizdə təlimlərdə olarkən Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələrdən istifadə edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir orduları sırasındadır. Bunun əsas səbəbi də müntəzəm olaraq yeni nəsil silahlar, texnikalarla özünü yeniləməsidir. İstər F-16 qırıcıları, istərsə də Türkiyə istehsalı olan PUA-lar yeni nəsil silahlardır. Xüsusilə Ordumuz uzun müddətdir F-16 qırıcılarını öz arsenalına daxil etmək istəyir. Hazırda bizim hərbi hava qüvvələrinin əsas gücünü rus istehalı olan "Su” qırıcıları təşkil edir. Bu mənada "TurAz qartalı” təlimləri F-16 qırıcılarını daha yaxından tanımaq imkanını yaradır”.





Təqvim




MEDİA
KİVDF