09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərhəddə atışma: Bir sərhədçimiz yaralandı

21.06.2018

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin Cəlilabad rayonu ərazisində sərhədi pozan şəxslərlə hərbçilər arasında atışma olub.
"Dövran Media" xəbər verir ki, sərhədçilərin "Dayan!" əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.
Atışma zamanı bir sərhədçi yaralanıb.
Yaralanan sərhədçi - Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən hərbçi qulluqçunun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.