08 08 2020-cu il Bakı 32 ℃
DM RADİO
Onlİne xəbər
07/08/2020
06/08/2020
05/08/2020

Özər Azərbaycan bayrağı ilə Ermənistan sərhədində

30.07.2020

Türkiyəli iş adamı Abdullah Özər Türkiyə və Azərbaycan bayraqları asılan TIR-la Ermənistanın hücum etdiyi Tovuz rayonun Əlibəyli və Ağdam kəndlərinə gedib.

İş adamı TIR-ın arxa hissəsinə də Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosunu asıb.

A.Özər Ağdam kəndində Ermənistan təxribatı nəticəsində şəhid olan Elşad Məmmədovun ailəsini ziyarət edərək, Türkiyə bayrağını hədiyyə verib.

İş adamı çıxış edərək Ermənistana qarşı sərt ifadələr işlədib:

"Türkün torpağına güllə və bomba deyil, hətta daş atmağı belə ağlınızdan keçirməyin. Bir vaxtlar Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş ola bilərsiniz. Ancaq o dövrlər çox arxada qaldı. 86 il öncə muzeyə çevrilən Aya Sofya bu gün məscid kimi açıldısa, inanın ki, vaxt gələcək o torpaqlarda bu bayraqlar dalğalanacaq. Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Yoxsa onları nəfəsimizlə boğarıq”.





Təqvim




MEDİA
KİVDF