05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordumuz başladı, Tonoyan dərhal İran səfiri ilə...

30.07.2020

Ermənistanın Müdafiə naziri David Tonoyan İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb.

Görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da iştirak edib.

Tonoyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təmas xəttindən danışıb.

Erməni nazir səfirə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib.

Görüşdə Ermənistan-İran əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik və beynəlxalq inkişaf məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Türkiyə-Azərbaycan ordularının hərbi təlimi bu gün başlayıb.

İran səfiri ilə Ermənistan XİN rəhbərinin deyil, Müdafiə nazirinin görüşməsi, üstəlik bu görüşdə İranın hərbi attaşesinin iştirakı diqqətdən yayınmayıb.