30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ şüarını daşıyan təyyarə havaya qaldırıldı - ABŞ-da

30.07.2020

ABŞ-ın Nyu York şəhərində Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Manhetten adasınının üstündə ingilis dilində böyük hərflərlə "Stop Armenian Occupation”, "Karabakh is Azerbaijan! (Erməni işğalını dayandır, Qarabağ Azərbaycandır!!) şüarını daşıyan təyyarə havaya qaldırılıb.

Üç saat ərzində Nyu York şəhərinin üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Təyyarənin daha yaxşı göründüyü Nyu-Jersi şəhərinin "Liberty” parkında toplaşan həmvətənlərimiz əllərində bayraqlarla, alqışlarla və şüarlarla təyyarəni izləyiblər.

Təyyarə Manhetten adasında məşhur iş mərkəzləri "Empire Building”, "Business Center” olmaqla, dövlət üçün xüsusi əhəmiyyətli binaların və yaşayış yərlərinin önündən uçub.

Layihənin təşkilatçısı Elmar Bayramov açıqlamasında deyib ki, iki həftə ərzində ermənilər tərəfindən "Airads” hava reklamları şirkətinə proyektin reallaşmaması üçün təzyiqlər göstərilib. Hətta şirkətə bunun üçün ermənilər tərəfindən əlavə vəsait də ödənilib. Lakin onların səyləri uğursuz olub.