30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qusarlılar hər an döyüşməyə hazırdır

29.07.2020


Qusarlılar işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırdır.

Bu barədə Qusar rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə "Vətən sevgisi bizi birləşdirir” adlı tədbirdə bildirilib.
Pandemiya dövrünün tələblərinə uyğun təşkil olunan görüşdə erməni vandalizminə qarşı Azərbaycanda yaşayan bütün xalqların vahid düşüncəsini əks etdirən fikirlər səsləndirilib, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizənin əhəmiyyətindən, Azərbaycan və ləzgi xalqlarının tarixi qardaşlığından danışılıb.
Mərkəzinin direktoru Neva Abdurahmanova son günlərdə Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycanın igid oğullarının şəhid olması ilə kiçikdən-böyüyə bütün ölkə əhalisinin səfərbər olaraq Vətənə, orduya, dövlətə dəstək nümayiş etdirdiyini qeyd edib. Habelə dünyada yaşayan soydaşlarımızın dinc yürüşlərinə erməni təxribatçılarının müdaxilələri, respublikamızda yaşayan xalqlar arasında Vətənə olan məhəbbətə kölgə salmaq istəkləri və ermənipərəst qüvvələrin başqa təxribatları haqqında ətraflı məlumat verilib.
Görüşdə rayon ziyalıları C.Nurməmmədov, V.Mehdixanov, D.İbamxəlilov, S.Xəlilov, V.Sevzixanov, X.Nağıbəyova, F.Qacabəyov respublikamızın həssas dönəmində gərəksiz təxribatlara uymadan, informasiya müharibəsində tutarlı, əsaslandırılmış fikirlərlə düşmənin susdurulmasının vacibliyindən danışıb, qusarlıların hər zaman Ali Baş Komandanımıza, dövlətçiliyimizə sədaqətlə bağlı olduqlarını bildiriblər.