27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu rayonumuz koronaya qalib gəlir: Yoluxma yoxdur

29.07.2020

Ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu rayonlardan biri də Göygöldür. Rayonun əhalisi iyulun 5-dən sərt karantin rejiminin tələblərinə uyğun yaşayır. Görülən tədbirlər artıq nəticə verir. Son günlərdə rayonda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Bu barədə mobil qrupun üzvü Araz Hacıyev bildirib.

O, qeyd edib ki, mobil qrup əhali arasında maarifləndirmə işləri aparır:

"Rayonda sanitar-epidemioloji vəziyyətə nəzarət etmək üçün 50 mobil qrup və 20 mobil polis postları yaradılıb. Xüsusən insanların zərurət olduğu halda SMS icazəsi ilə küçəyə çıxmağı və maska taxmaqlarına nəzarət olunur. Rayon sakinləri isə bu qaydalara əməl edirlər”.