28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ayaz Mütəllibovun səhhəti pisləşib? - Açıqlama

29.07.2020

Hazırda eks-prezident Ayaz Mütəllibovun səhhəti normaldır. Müalicə kursu keçdi, şükür Allaha, hər şey yaxşıdır. Əslində ciddi bir şey yox idi. Təzyiq problemi vardı. Ona görə də bir balaca narahat idi.

Bunu  açıqlamasında eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənoğlu deyib.

Onun sözlərinə görə, eks-prezidentin səhhəti nə tam yaxşıdır, nə də pis:

"Sağlıq durumu yaşına uyğundur. Hazırda şəhərdən kənardadır, bağ evində dincəlir. Mütaliə ilə məşğuldur. Memuarlarının üzərində işləyir”.

Qeyd edək ki, 82 yaşlı Ayaz Mütəllibov bir müddət əvvəl mətbuata açıqlamasında səhhətinin yaxşı olmadığını, müalicə kursu keçdiyini bildirmişdi.