28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

QƏZA: "Azenko" MMC-nin direktoru həyatını itirdi - VİDEO

28.07.2020

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi "NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.