28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Ermənistana bu mesajı verdi - Polkovnik

28.07.2020

Türkiyə və Azərbaycanın birgə təlimini düşmənə açıq mesaj kimi qiymətləndirmək olar.

Bunu terror və münaqişələr üzrə araşdırmaçı, ehtiyatda olan polkovnik Eray Güçlüər deyib.

"Ermənistanın hücumları qarşısında Türkiyə "Azərbaycanın yanındayıq” mesajını verdi. Bunun təkcə kəlmədən ibarət olmadığını göstərmək üçün təlimə başlayırsan. Hərbi təlimlərə diqqət yetirmək vacibdir. Çünki bunlar mesajlarla edilən manevrlərdir. Təlimlərdə gerçək güllələrdən istifadə edilir. Türkiyə Azərbaycanın yanında olması ilə bağlı siyasi ifadəsini təlimlərlə sübut edir. Yəni ki, Ermənistan bir daha həddini aşarsa, qarşılığı bu olacaq”, - polkovnik bildirib.

E.Güçlüər Rusiya və Ermənistanın birgə keçirdiyi təlimlərə də toxunub:

"Rusiya və Ermənistanın birgə təlimi hava müdafiəsi ilə bağlı idi. Türkiyə PUA-larından çəkinirlər”.