01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST-in Fövqəladə Komitəsi vəziyyəti müzakirə edəcək

27.07.2020


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirmək üçün bu həftə ÜST-nin Fövqəladə Komitəsini çağıracaq.

RİA Novosti saytı xəbər verir ki, bunu ÜST-nin Baş direktoru mətbuat konfransında bildirib. O deyib: "Bu cümə axşamı ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə hal elan etməsinin yarım ili tamam olur... Beynəlxalq qaydalar tələb etdiyi kimi, COVID-19 pandemiyası ilə bağlı vəziyyəti yenidən qiymətləndirib mənə müvafiq məsləhətlər vermək üçün bu həftə fövqəladə komitənin iclasını çağıracağam”.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasının pandemiya olduğunu elan edib. Təşkilatın son məlumatına görə, dünyada artıq 15,7 milyondan çox COVID-19-a yoluxma faktı aşkarlanıb, 640 mindən çox insan isə həyatını itirib.