01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sentyabrda koronavirusa qarşı peyvəndin istehsalı başlanacaq

27.07.2020


Avropada koronavirus əleyhinə vaksin istehsalına sentyabr ayında başlanacağı anons edilib.

Bunu İtaliyanın "Irbm” biotexnologiya kompaniyasının rəhbəri Pyero Di Lorenso deyib.

Britaniyalı və italiyalı mütəxəssislər, əsasən "AstraZeneca” əczaçılıq kompaniyası və Oksford Universitetinin alimləri, həmçinin "Irbm” şirkətinin molekulyar biotexnologiya sahəsinin mütəxəssisləri ChAdOx1 adlı preparat üzərində çalışır.

"Vaksin artıq mindən çox pasientin üzərində sınaqdan keçirilib. Hazırda çalışmaların 3-cü mərhələsindəyik və on minlərlə insanın üzərində sınaqlar keçiririk. İşlər yaxşı getsə, sentyabrın sonlarına qədər vaksin böyük həcmlərdə istehsal oluna bilər”, - deyə Di Lorenso qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, preparat ilk növbədə daha çox risk daşıyan insanlara veriləcək. Proqnozlara əsasən, ilk vaksin dozaları 2-3 avroya satışa çıxarılacaq. Avropada preparatın paylanması İtaliya, Niderland, Fransa və Almaniyadan başlayacaq. Buna baxmayaraq, peyvəndləmə sürətlə yayılacaq və il ərzində dünya təhlükəli infeksiyadan xilas olacaq.

İtaliyalı mütəxəssislər eyni zamanda COVID-19 əleyhinə bir neçə vaksin üzərində çalışır. Aprel ayında vaksinin hazırlanması tempinin sürətləndirilməsi məqsədilə "ReiThera” (İtaliya), "Leukocare” (Almaniya) və "Univercells” (Belçika) biotexnoloji kompaniyaları arasında strateji əməkdaşlığın başladığı elan olunub.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını mart ayında pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünyada 16 milyon 451 min 551 yoluxma və 652 min 921 ölüm faktı qeydə alınıb, 10 milyon 73 min 84 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

İtaliyada indiyədək 246 min 118 nəfər koronavirus infeksiyasına yoluxub, 35 min 107 nəfər həyatını itirib. Hazırda 12 min 565 xəstənin müalicə davam edir.