06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün ölkədə 602 sağalma, 417 yoluxma, 9 ölüm olub

26.07.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 602 nəfər sağalıb, 417 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Bu günədək ölkəmizdə 30 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22 min 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib. Aktiv xəstə sayı 6949 nəfərdir.

Ötən müddət ərzində 683 min 548 test aparılıb. Bugünkü test sayı isə 7296-dır.