09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nazirlik o şəxslərə şərait yaradacaq - AÇIQLAMA

26.07.2020

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi Feysbuk səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:

1. Ad, soyad, ata adı

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Yol verilən səhvin qısa məzmunu

Müraciət üçün son tarix: 28 iyul saat 23:59.