07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Başına 1 milyon qoyulmuşdu: Türk ordusu məhv etdi

25.07.2020

Türkiyə təhlükəsizlik qüvvələri başına 1 milyon lirə mükafat qoyulan terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Tuncelinin Ovacıq bölgəsində jandarma xüsusi təyinatlıları və komandos qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçunun "Savaş Fərat” kod adlı Yəhya Atmaca olduğu müəyyənləşib. O, Dərsim bölgəsinin sözdə qərb cəhbəsi üzrə komandiri kimi fəaliyyət göstərib. Axtarışda olan Y.Atmacanın başına 1 milyon lirə mükafat qoyulub. Terrorçunun 2011-ci ildə Tuncelidə polislərə qarşı hücum edənlərdən biri olduğu bəlli olub. Eyni zamanda, 1 polis və həyat yoldaşının şəhid olduğu hücumda da iştirak edib”, - məlumatda bildirilib.