06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlərdən qorxunc proqnoz: 30 ildən sonra...

25.07.2020

30 ildən sonra okeanda plastik tullantıların sayı balıqların sayını keçəcək.

 Ellek Makartur, Oksford və Lids universitetlərinin, həmçinin, "Common Seas” təşkilatının mütəxəssisləri apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər.

Onların hesablamalarına görə, təkcə 2016-cı ildə okeana 11 milyon ton plastik tullantı atılıb.

Alimlər dünya hökumətlərinin və biznesin plastik qablaşdırmadan imtina etməyəcəyi təqdirdə 2040-cı ildə onların bazarda həcminin iki dəfə artacağını proqnozlaşdırıblar.

"Okeana atılan tullantıların həcmi 2040-cı ilə kimi 29 milyon tona çata bilər, 2050-cı ildə isə suda olan plastik kütlələrin sayı balıqların sayını keçəcək”, - deyə araşdırmada bildirilir.

Plastik cisimlər xırda hissələrə parçalanmaqla dəniz ekosisteminə zərər vurur.

"Ocean Conservancy”nin məlumatına görə, vəhşi təbiətin azı 600 növü okeanda zibilin təsirinə düşüb. Bir sıra balıqlar isə plastik zibili qida ilə səhv salır, sonra isə həmin zibil dəniz məhsulları bazarı ilə insanların qida zəncirinə düşür.