03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəxsin yaxınları axtarılır - FOTO

24.07.2020

Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları iyul ayının 22-də rayonun Toğanalı kəndi ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir şəxsi görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və eşitmə-danışma qabiliyyətinin olmamasına görə özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Bölməsinə gətiriblər.

Hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, qısa saçlıdır. Tapılan zaman onun əynində uzunqol köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə 0222052279; 055-591-31-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.