03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan: 573 sağalma, 332 yoluxma, 9 vəfat

24.07.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 573 nəfər sağalıb, 332 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7365 nəfərdir.

Ötən müddət ərzində 667 min 819 test aparılıb. Bugünkü test sayı isə 9037-dir.