03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Ayasofya ilk cümə namazı ilə ibadətə açılır

24.07.2020


İyulun 24-də İstanbulda Ayasofya məbədi 86 ildən sonra ilk cümə namazı ilə məscid olaraq ibadətə açılır.

Bununla əlaqədar bir neçə gün əvvəldən hazırlıqlar aparılıb. Ölkəni müxtəlif bölgələrində yaşayan vətəndaşlar açılış mərasimində iştirak etmək üçün İstanbula axın ediblər. Şəhərin Ayasofyaya yaxın 21 məscidi buraya gələn ziyarətçilərə xidmət göstərmək uçün gecə boyu açıq olub. Məscidin qarşısında quraşdırılan iri ekranlar vasitəsilə

Məscidin xalçaları ölkənin Manisa vilayətində yerləşən "Özkul" xalı fabrikasında hazırlanıb. Toxuma işlərində üç növbə olmaqla 75 işçi iştirak edib.

Açılış zamanı Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən yeni növ koronavirusdan qorunmaq üçün ziyarətçilərə maska, dezinfeksiyaedici vasitələr, həmçinin su və qida məhsulları paylanacaq.

Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.