04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bank şəhid hərbçilərin borclarını sildi - RƏSMİ

24.07.2020

"Azərbaycan - Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun, həqiqətən, "Kapital Bank”a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq "Kapital Bank” tərəfindən silinib”.

Bunu açıqlamasında "Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

Onun sözlərinə görə, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib:

"Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və "BirKart”larına borclarının olduğu üzə çıxıb.

Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da "Kapital Bank” tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.