06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Berlində Ermənistana qarşı etiraz aksiyası keçirilib

23.07.2020


Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətinə etiraz olaraq Almaniyada yaşayan soydaşlarımızın növbəti aksiyası Berlində Brandenburq qapılarının önündə keçirilib. Bir çox xarici ölkənin diplomatik nümayəndəliklərinin də yerləşdiyi bu ərazidə soydaşlarımızın aksiya keçirməsində əsas məqsəd Ermənistanın təcavüzkar siyasətini alman ictimaiyyəti ilə yanaşı, dünya ictimaiyyətinə də bir daha çatdırmaqdır.

Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiyada çıxış edənlər bildirdilər ki, Ermənistanın son hərbi təxribatı nəticəsində Azərbaycan ordusunun generalı, hərbçilər, eyni zamanda, mülki şəxs həlak olub. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır. Azərbaycan torpaqlarına göz dikən Ermənistan bu hücumlarla təkcə hərbi mövqeləri deyil, eyni zamanda, mülki yaşayış məntəqələrini hədəfə alıb. Ermənistan regionda sülh üçün təhlükə amilidir və regionda sülh yalnız rəsmi Yerevanın işğalçı siyasətindən imtina etməsindən sonra bərqərar ola bilər.

Aksiya iştirakçıları "Ermənistanın işğalına son qoyulsun!”, "Ermənistan BMT qətnamələrini icra etməlidir!”, "Biz yalnız beynəlxalq hüquqla bizim olan torpaqları geri istəyirik!”, "Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.