06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda dünən koronavirusdan 221 nəfər ölüb

23.07.2020


Son 24 saat ərzində İranda 2 min 621 nəfər koronavirusa yoluxub, 221 nəfər isə həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 284 min 34 nəfər, ölənlərin sayı isə 15 min 74-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 247 min 230 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 667 xəstənin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibi nəzərə çatdırıb ki, əvvəlki kimi İranın Şərqi və Qərbi Azərbaycan, Rəzavi Xorasan, Əlborz, Xuzistan, Fars, Zəncan, Gülüstan, Kirman, Loristan vilayətlərində vəziyyət ağır olaraq qalıb. Bu vilayətlərdə koronavirusa yoluxma və ölüm halları daha çox müşahidə edildiyi üçün qırmızı zonaya daxildirlər.