27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Atəş açan tərəf onlar olarsa... ADMİRAL

23.07.2020

Yunanıstan ilk atəş açan tərəf olsa, bu, beynəlxalq hüququn ciddi şəkildə pozulması olacaq.

Bunu türkiyəli admiral Cem Gürdəniz Yunanıstan-Türkiyə gərginliyindən danışarkən deyib.

"Əgər belə hal yaşanarsa, hər suveren dövlət kimi Türkiyənin də özünü müdafiə etmək hüququ var. BMT də hücuma məruz qaldıqda özünü müdafiə haqqını tanıyır. Yunanıstan Avropa Birliyi (AB) və ABŞ kartlarından istifadə etmədən Türkiyə ilə danışıqlara başlamalıdır. Türkiyə də problemin danışıqlar yolu ilə həll olunmasını istəyər. Yunanıstan danışıqlardan imtina etdiyi müddətcə Türkiyənin öz maraqlarını qorumaqdan başqa bir seçimi yoxdur”, - admiral bildirib.

Qeyd edək ki, Türkiyənin Meis adası yaxınlığında qazma işlərinə başlayacağını elan etməsi Yunanıstanı qəzəbləndirib. Yunanlar türklərə mane olmaq üçün ordunu hazır vəziyyətə gətirib. Türkiyə də qarşıdurma riskinə qarşılıq olaraq döyüş gəmiləri, PUA-lar və F-16-ları bölgəyə göndərib.