28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peyvəndin hazır olacağı vaxt AÇIQLANDI

23.07.2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan koronavirusa qarşı peyvəndin tam hazır olacağı vaxtı açıqlayıb.

Bu barədə o, təşkilatın "Twitter” hesabında yayımlanan çıxışı zamanı bəyan edib.

M.Rayanın sözlərinə görə, 2021-ci ilin birinci yarısına qədər bu, mümkün olmayacaq. O, peyvəndin hazırlanmasında irəliləyişləri qeyd edib, lakin dərmanların hazır olacağı vaxtla bağlı  realist olmağa çağırıb.
Mütəxəssis, eyni zamanda, hamının peyvəndi əldə edə bilməsi üçün çalışdığını vurğulayıb.

"Pandemiyadan müdafiə üçün hazırlanan bu peyvəndlər nə varlılar, nə də kasıblar üçündür, onlar hamı üçündür”, - deyə ÜST rəhbəri sözlərini yekunlaşdırıb.