27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blumberq: Dolların hökmranlığını avro bitirəcək

23.07.2020

Dolların dünyanın əsas rezerv valyutası kimi hökmranlığı Avropa Birliyi liderlərinin Avropa iqtisadiyyatını xilas planı haqqında əldə etdikləri razılaşmadan sonra təhdid altında qala bilər.
Bu iddia ilə "Blumberq” agentliyi çıxış edib.

"Dolların payına dünya rezervlərinin 60%-i düşür. Dollar beynəlxalq tranzaksiyalarda digərlərindən daha çox istifadə edilir. AB-nin təsdiqlədiyi stimul paketi vahid Avropa valyutasının cəlbediciliyini artırır. Qlobal iqtisadiyyat pandemiyadan sonra bərpa olunan kimi avro daha çox güclənməyə başlayacaq. AB-nin müştərək borc öhdəlikləri ABŞ-ın xəzinə istiqrazları üçün alternativ ola bilər. Əgər bu baş versə, o zaman dolların payı rezervlərdə 1990-cı illərdən bu yana minimuma enə bilər”, – agentlik bildirib.