28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur sayt türk silahlarından yazdı

22.07.2020

Məşhur "Defans Nyus” saytında "Türkiyə necə dünyanın aparıcı silah sistemləri istehsalçılarından biri oldu?” başlıqlı məqalə yazılıb.

Məqalədə Türkiyənin piyada döyüş maşınları, tanklar və silah sistemləri mövzusunda ixtisaslaşdığı qeyd edilib.

"Türkiyə bu hərbi texnika və silahları ixrac edir. Artıq dünyanın bir çox yerində türk silahları, texnikası və döyüş sursatları mövcuddur. Türkiyənin bu sahədə uğurlu olmasının səbəblərindən biri də ABŞ, Almaniya və Fransa kimi müdafiə sənayesi istehsalının yüksək olduğu ölkələrdəki modellərin tətbiq edilməsidir. Ölkədə "Otokar”, BMC və "Nurol Makina” yerli müdafiə sənayesi şirkətləri müasir standartlara uyğun məhsullar istehsal edirlər. Ən vacib məhsullar arasında 8x8 PARS, 6x6 PARS, 6X6 ARMA, 4x4 COBRA, "Əjdər Yalçın”, "Vuran” "Altay MBT və "Qaplan” yer alır”, - məqalədə bildirilib.