07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qıza "padxod" edən polis işdən çıxarıldı - Bakıda

22.07.2020

Polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı Daxili İşlər Nazirliyində (DİN) aparılan araşdırma yekunlaşıb.
Araşdırma nəticəsində Z.Abbasov daxili işlər orqanlarından xaric edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun "Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona "messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı.