07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəhramın səhhəti ilə bağlı AÇIQLAMA

22.07.2020

"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır, stabil olaraq qalır”.

Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Əməkdar artistin hemodinamik göstəriciləri qaydasındadır:


"Udqunma və qidalanmada narahatlıq müşahidə edilmir. Fəaldır, yeriyir. Mövcud olan traxeostomik boru daha kiçiyi ilə dəyişdirilib. Son iki gün ərzində həmin boru qapalı saxlanılıb və xəstə fizioloji yolla, burun-ağız yolu ilə tənəffüsdədir.

Yaxın günlərdə həmin borunun da tamamilə çıxarılması nəzərdə tutulur. Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq, infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.