07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran generalı öldürüldü

22.07.2020

İsrail qırıcılarının Suriyaya endirdiyi zərbələr nəticəsində SEPAH-ın generalı ölüb.

Bu barədə Türkiyənin "Haber7” saytı məlumat yayıb.

İddiaya görə, İsrail qırıcıları paytaxt Dəməşqin cənubunda hərbi qərargahı hədəf alıb. Həmin qərargahın İran hərbçilərinə aid olduğu bildirilir.

Məlumata görə, hücum zamanı qərargahda yüksək rütbəli zabitlərin də iştirak ilə iclas keçirilib. Rejim zabitləri, İran hərbçiləri və Hizbullah komandirlərinin olduğu qərargahda çoxlu sayda insan ölüb.

Bundan başqa, İrana aid hava müdafiə sisteminin də məhv edildiyi bildirilib.

Faktı Əsəd rejiminə bağlı SANA agentliyi də təsdiqləyib.