07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AzTV-də koronavirusla bağlı son DURUM

21.07.2020

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin koronavirusa yoluxan 11 əməkdaşının hamısı sağalıb.

Bunu açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib. O bildirib ki, kanalın hazırda virusa yoluxan əməkdaşı yoxdur:

"Bu günə qədər virusa yoluxan 11 əməkdaşımızın hamısı sağalıb və hazırda bəziləri xəstəlikdən sonrakı karantindədirlər. Sonuncu dəfə 10 nəfərə yaxın əməkdaşımız test verib və hamısının cavabı neqativ çıxıb. Təəssüf ki, virusa yoluxan 3 əməkdaşımız həyatını itirib”.

N.Rəfiyeva onu da qeyd edib ki, şirkət mütəmadi olaraq dezinfeksiya edilir.

Qeyd edək ki, ötən gün AzTV-nin operatoru İmanov Abasağa koronavirusdan dünyasını dəyişib. Bir müddət əvvəl isə şirkətin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru Etibar Babayev və QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan vəfat edib.