08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yoluxmalarda artım gözlənilir - RƏSMİ

21.07.2020

Yoluxma statistikasında hazırda müsbət dəyişiklik var.

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Yoluxmalarda artım gözlənilir, lakin hələ ki, biz bunu görmürük. Çünki virusun müəyyən inkubasiya dövrü var. Unutmayaq ki, koronavirus realdır, mövcuddur. Buna görə də ətrafımızdakı insanları qorumalıyıq", - o bildirib.

Şahmar Mövsümov əlavə edib ki, yas mərasimlərinə gələn insanlara məhdudiyyət qoyulması düzgün olmaz:

"Lakin sosial məsafənin qorunması vacibdir. Böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil. Dünya ölkələrində kişilər daha çox yoluxursa, bizdə əksidir. Çünki bizdə yas mərasimlərində qadınlar daha çox iştirak edirlər. Buna görə də xahiş edirəm ki, yeni reallığı dərk edib, riskləri nəzərə alaq".