27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirin adına Feysbukda saxta HESAB

20.07.2020

Feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq, orada təhrif olunmuş yanlış məlumatlar yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

"Bununla əlaqədar sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, həmin səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri mövcuddur və bundan başqa nazirliyin ümumiyyətlə heç bir əməkdaşının sosial şəbəkələrdə səhifəsi yoxdur. Odur ki, vətəndaşlarımızdan təxribat məqsədilə yaradılan belə saxta səhifələri izləməmələrini, yalnız DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrindən istifadə etmələrini xahiş edirik”, - məlumatda qeyd olunub.

Nazirlik internet istifadəçilərinin diqqətinə bir daha çatdırır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq dörd ilə yaxındır fəaliyyət göstərir. Qeyd olunub ki, vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından Feysbuk, İnstaqram, Tvitter və Yutub hesablarına keçid işarələrindən istifadə edərək, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər: https://www.facebook.com/polisazerbaycan , https://www.instagram.com/polisazerbaycan/ , https://twitter.com/polisazerbaycan , https://www.youtube.com/polisazerbaycan