27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər bu azərbaycanlını tapana mükafat vəd etdi

19.07.2020

Ermənilər Ermənistanın dövlət idarələrinin, eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olaraq onları izləyən azərbaycanlı gənc Rəşad İbrahimovu tapana mükafat vəd ediblər.

Bunu Rəşad İbrahimovun özü açıqlamasında deyib.

Rəşad İbrahimov 15 ilə yaxındır İnformasiya Texnologiyaları (İT) mütəxəssisi olaraq çalışdığını və Tovuz hücumundan sonra öz biliklərini ermənilərin üzərində sınaqdan keçirdiyini bildirib:

"Artıq 15 ilə yaxındır ki, İT sahəsindəyəm. Bu istiqamətdə bir çox fəaliyyətlərim olub. Ən son olaraq Ermənistanın dövlət idarələrinin və eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olub onları izləyirəm. Ermənilər döyüş meydanında olduğu kimi texnologiya sahəsində də müasir dövrdən qat-qat geridədilər. Bu işlərimə görə Feysbuk hesabımın qırılması üçün 500-dən çox cəhd edilib. Mütəmadi olaraq bu işlərlə məşğul deyiləm, bu işlə məşğul olsaq, kifayət qədər əhəmiyyətli məlumatlar əldə etmək mümkündür".