09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ölkədə çoxarvadlılığa qadağa QOYULDU

19.06.2018

Türkmənistanda "Ailə məcəlləsi”nə daxil edilən yeni normaya əsasən, ölkədə çoxarvadlılıq qadağan olunub.
"Dövran Media" xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov "Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb.
Məcəllənin 7-ci maddəsinə əsasən, çoxarvadlılıq qadağan edilib.
"Çoxarvadlılıq dedikdə iki və ya bir neçə qadınla eyni zamanda bir yerdə ümumi təsərrüfat yaratmaq nəzərdə tutulur”, - dəyişiklikdə qeyd olunub.
Yeni qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Bu qanunu pozanlar iki ilədək azadlıqdan məhrum ediləcək.
Cari ilin əvvəlində isə Türkmənistan prezidenti Qrubanqulu Berdıməhəmmədov televiziyada seks, zorakılıq və pis vərdişlərlə bağlı səhnələrin yayımlanmasını qadağan edən qanun imzalayıb.